Sosial-Demokratiya Məktəbi - "Sosial-demokratiya və Azərbaycan" - 4 dekabr 2022

04/12/2022

4 dekabr 2022-ci il tarixində "Sosial-demokratiya məktəbi" çərçivəsində növbəti "Azərbaycanda sosial-demokratiya" adlı təlimimiz baş tutdu. Zərdüşt Əlizadənin spikerliyi ilə baş tutan təlimdə Azərbaycanda sosial-demokrat partiyasının yaranması, siyasi fəaliyyəti və sonu ilə bağlı ətraflı məlumat verildi. İştirakçıların mövzu ilə bağlı sualları cavablandırıldı.

Qeyd edək ki, "Sosial-demokratiya məktəbi" layihəsi çərçivəsində 2 ay müddətində müxtəlif ekspertlərin iştirakı ilə sosial-demokratiyanın fəlsəfəsi, iqtisadi əsasları, cəmiyyətə baxışı, müasir dünya təcrübəsində sosial-demokratiya və s. mövzularda təlimlər həyata keçirilməsi nəzərdə tutulur.

Təlimlər Almaniyanın "Sosial Demokratiya Akademiyası"-nın tədris proqramı əsasında təşkil olunur.