"Saleh Rüstəmliyə azadlıq!" - N!DA VH və ictimai fəalların birgə müraciəti - 23 noyabr 2021

23/11/2021

23 noyabr 2021-ci ildə NİDA Vətəndaş Hərəkatının təşəbbüsü və aclıq aksiyası keçirən Saleh Rüstəmliyə dəstək məqsədi ilə ictimaiyyətə açıq müraciət ünvanlanmışdır. Müraciətə NİDA Vətəndaş Hərəkatı ilə yanaşı bir sıra ictimai fəallar və siyasi təşkilatlar da dəstək vermişdir.

SİYASİ PARTİYALAR VƏ İCTİMAİ FƏALLARIN BİRGƏ MÜRACİƏTİ

Gədəbəy rayonunun keçmiş İcra başçısı, Qarabağ qazisi Saleh Rüstəmli 18 gündür ki, haqsız həbsinə etiraz olaraq aclıq aksiyası elan edib. O, aclıq aksiyasını ölənə və ya azad olunana qədər aparacağını elan edib. Səhhəti günü-gündən pisləşən Saleh Rüstəmli yaxın müddətdə sudan da imtina edəcəyini və ölüm aclığına başlayacağını elan edib.

Saleh Rüstəmlinin sağlamlığı və həyatı üçün olduqca təhlükəli olan bu vəziyyət qarşısında hakimiyyətin rəsmi qurumları tərəfindən bu günədək hər hansı formada reaksiya bildirilməyib. Rəsmi qurumların səssizliyi məqsədli şəkildə Saleh Rüstəmlinin ölümünə göz yummaq təəssüratı oyadır.

Baş verənlərlə əlaqədar olaraq NİDA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, Müsavat partiyası və adları qeyd olunan ictimai fəallar Azərbaycan cəmiyyətinə müraciət ünvanlayır:

1. Saleh Rüstəmlinin başına gətirilənlər hər bir müxalif düşüncəli şəxsin üzləşə biləcəyi potensial problemdir. Əsassız iddialar və şərlənərək həbs olunan şəxslər Azərbaycan cəmiyyətində müxalif düşüncəni sıradan çıxarmağa hesablanmış addımdır.

2. Saleh Rüstəmlinin timsalında siyasi mübarizə aparmaq istəyən şəxslər açıq şəkildə ölümlə təhdid edilir. Bu prosesdə rəsmi qurumların, xüsusilə Ombudsman aparatının səssizliyi məsələnin birbaşa sifarişli olduğunu deməyə əsas verir.

3. Bir neçə gün əvvəl imzalanan Amnistiya aktına əsasən Qarabağ qaziləri azadlığa buraxılmalı olduğu halda, bu qərar Saleh Rüstəmliyə şamil edilmədi. Bu davranış Saleh Rüstəmlinin timsalında rəsmi qurumların müxalif fəallara qarşı qərəzli mövqeyinin göstəricisidir.

4. Ən qısa zamanda gərəkli tədbirlər görülməzsə, Saleh Rüstəmlinin həyatı üçün qarşısı alınmaz təhlükələr meydana gələcək və bəlkə də, həyatını itirəcək. Aidiyyatı qurumlar bu məsələdə susmaqla Saleh Rüstəmlinin ölümünə göz yumur, sabah eyni mövzuda başqa siyasi fəalların da ölümü üçün səbəbiyyət verir.

5. Saleh Rüstəmlinin hazırkı vəziyyətinə və qarşıdakı günlərdə başına gələcəklərə görə məsuliyyəti birbaşa Azərbaycan siyasi hakimiyyətinindir.

Müraciəti imzalayan şəxslər:

Rəvan Axundov
Rəbiyyə Məmmədova
Turqut Qəmbər
Ülvi Həsənli
Fərid Cabbar
Gülcan Əliyeva
Atuf Quliyev
Araz Əliyev
Elmir Abbasov
Elmira Rəhimova
İlkin Əliyev
Əhməd Məmmədli
Samir Axundzadə
Əmrah Təhməzov
Murad Hüseynov
Nərmin Şahmarzadə
Fuad Əhmədli
Nicat Azayev
Sakit Məmmədov
Samir Sultanov
Vaqif Kazımov
Əfqan Muxtarlı
Fikrət Fərəməzoğlu
Rüstəm İsmayılbəyli
Anar Abdulla
Tükəzban Qasımova
Rövşən İsayev
Fərəc Kərimli
Ayxan Hacıbəyli
Əziz Məmiyev
Vətən Hüseynli
Vəli Quliyev
Fatimə Nəsirova
İnarə Manafova
Samir Əsədli
Sənay Yağmur
Emin Xəlilli
Yalçın Hüseynov
Səməd Şıxı
Fəqan Yusifov
Fərid Rüstəmzadə