Qadın Siyasət Məktəbi - Qadınların siyasi içtirakçılığı - 1 aprel 2023

01/04/2023

1 aprel 2023-cü il tarixində "Alternativ Təhsil Platforması" çərçivəsində təşkil olunan "Qadın Siyasət Məktəbi" sessiyasının ilk təlimi baş tutub. Təlimdə ictimai fəal Vəfa Nağı tərəfindən iştirakçılara qadınların siyasi iştirakçılığı mövzusunda ətraflı məlumat verilib və bu istiqamətdəki praktiki nümunələr haqqında müzakirə aparılıb.

3 ay davam edəcək təlimlər sessiyası qadınların siyasi fəallığının artırılması və onların bu sahədə təcrübə qazanmaları məqsədi daşıyır.

Sessiya müddətində qadın iştirakçılara siyasi psixologiya, debat bacarıqları, ritorika, bədən dili, ideologiyalar, seçki kampaniyaları, media və ictimaiyyətlə iş, fərdi və komanda işi kimi bir çox sahədə peşkar təlimçilər tərəfindən tədris həyata keçiriləcək.