"Qadın Siyasət Məktəbi" layihəsi elan edildi - 15 mart 2023

15/03/2023

15 mart 2023-cü il tarixində N!DA Vətəndaş Hərəkatı "Alternativ Təhsil Platforması" çərçivəsində növbəti təlimlər sessiyasını elan edib. “Qadın Siyasət Məktəbi” adlanan və 3 ay davam edəcək təlimlər sessiyası qadınların siyasi fəallığının artırılması və onların bu sahədə təcrübə qazanmaları məqsədi daşıyır.

Sessiya müddətində qadın iştirakçılara siyasi psixologiya, debat bacarıqları, ritorika, bədən dili, ideologiyalar, seçki kampaniyaları, media və ictimaiyyətlə iş, fərdi və komanda işi kimi bir çox sahədə peşkar təlimçilər tərəfindən tədris həyata keçiriləcək. Daha çox praktiki fəaliyyətləri ön plana çıxaracaq “Qadın Siyasət Məktəbi”, siyasi sferada qadınların iştirakının və rolunun artırılmasını hədəfləyir.

Layihə çərçivəsində ilk təlimlərin 1 aprel 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur.