NİDA Vətəndaş Hərəkatı mayın 14-də  "Azərbaycanda əmək hüquqları və həmkarlar təşkilatları" mövzusunda açıq tədbir keçirib.
 
Tədbirdə dünyada əmək hüquqları və həmkarlar təşkilatları ideyasının təşəkkül tapması, Azərbaycanda müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatlarının yaradılmasına cəhdlər və buna mane olan səbəblər müzakirə ediləcək.
 
Məruzəçilər ictimai fəal Ziya Bayramov əmək hüquqları və həmkarlar təşkilatları barədə nəzəri məlumat təqdim edib, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı neft sahəsində işləyənlərin təşkilatlanma cəhdləri, NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Ülvi Həsənli isə tələbələrin son illərdə universitetlərdə dəyişikliklər uğrunda mübarizəsi barədə danışıblar.