N!DA Vətəndaş Hərəkatı "1 may" aksiyasında - 1 may 2022

01/05/2022

1 may 2022-ci il tarixində "Azad Fəhlə" heykəlinin qarşısında "1 may - beynəlxalq əmək günü" münasibətilə Demokratiya 1918 Hərəkatının təşkilatçılığı və N!DA Vətəndaş Hərəkatının dəstəyi ilə bir qrup ictimai fəal tərəfindən aksiya təşkil edilib.

Aksiya iştirakçıları "Bolt" kuryerlərinin müdafiəsi üçün toplandıqlarını, Azərbaycanda işçi istismarına qarşı mübarizə apardıqlarını və işçi hüquqlarının müdafiəsi uğrunda çalışdıqlarını qeyd ediblər.

Aksiya mülki geyimli şəxslər tərəfindən zorakılıqla dağıdılıb və aksiya iştirakçıları - Demokratiya 1918 Hərəkatının İdarə Heyəti üzvləri Afiaddin Mammadov, Fərid İmanov, Şəms Hacıyeva, ictimai fəal Emin Khalili, N!DA Vətəndaş Hərəkatı üzvü Rəbiyyə Məmmədova və Samir Abdulla polis tərəfindən zorakılıqla saxlanılıb.

Aksiya iştirakçıları qısa müddət sonra sərbəst buraxılıb.