İctimai müzakirə - "Ukrayna proseslərinin Azərbaycana təsiri" - 27 mart 2022

27/03/2022

27 mart 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Ukrayna proseslərinin Azərbaycana təsiri" adlı ictimai müzakirə keçirilmişdir. Müzakirədə spiker qismində politoloq Zərdüşt Əlizadə çıxış edərək Ukraynada baş verən proseslərin səbəbləri, Qərb və Rusiya arasındakı qarşıdurma, müharibənin yekun nəticəsi və Azərbaycana mümkün təsirləri barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Caspian Platforumda baş tutan ictimai müzakirədə 30-a yaxın şəxs iştirak etmişdir. müzakirə N!DA Vətəndaş Hərəkatının səhifəsində və "Time TV"-nin efirində canlı yayımlanmışdır.

Müzakirənin videosu: