"Dissidentlər" kitabının təqdimatı - 24 aprel 2022

N!DA 24/04/2022

24 aprel 2022-ci il tarixində Bayram Məmmədovun xatirəsinə həsr olunan və N!DA Vətəndaş Hərəkatı tərəfindən tərcümə edilib hazırlanan "Dissidentlər" kitabının təqdimatı baş tutub. Təqdimatda ictimai-siyasi fəallar, vətəndaş cəmiyyəti və media nümayəndələri, o cümlədən çoxsaylı qonaqlar iştirak edib.

Tədbir iştirakçıları Bayram Məmmədovun xatirəsini yad edib, onunla bağlı xatirələrini bölüşüb və "Dissidentlər" kitabı haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, N!DA Vətəndaş Hərəkatı tərəfində tərcümə edilib hazırlanan kitab bir sıra məqalələrdən ibarətdir və pulsuz olaraq oxuculara təqdim olunur. Tədbirdə "Dissidentlər" kitabı ilə yanaşı N!DA Vətəndaş Hərəkatının əvvəlki illərdə çap etdiyi digər kitablar da oxuculara təqdim olunub.