ATP - "Vətəndaş jurnalistikası" - 7 may 2022

07/05/2022

7 may 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Vətəndaş jurnalistikası" adlı növbəti təlim baş tutub. Spiker qismində jurnalist Sevinc Vaqifqızının çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlim iştirakçılarına vətəndaş juralistikasının mahiyyəti, bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. Bu il N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyası "Siyasi aktivizm" adlanır və gənclərin siyasi fəallığının yüksəldilməsinə, siyasi proseslərdə iştirakçılığının təmin olunmasına həsr olunub.