ATP - "Niyə toplaşa bilmirik?" - 28 may 2022

28/05/2022

28 may 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Niyə toplşa bilmirik?" adlı növbəti təlim baş tutub. Spiker qismində hüquqşünas İntiqam Əliyevin çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlimdə İntiqam Əliyev tərəfindən iştirakçılara toplaşmaq azadlığının mahiyyəti, bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verib, mövzu ilə bağlı fikir mübadiləsi və müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb. Qarşılıqlı diskusiya formatında baş tutan müzakirədə Azərbaycanda mövcud vəziyyət və insanların toplaşmasının və birgə fəaliyyətinin qarşısında duran əngəllərə toxunulub.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. Bu il N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyası "Siyasi aktivizm" adlanır və gənclərin siyasi fəallığının yüksəldilməsinə, siyasi proseslərdə iştirakçılığının təmin olunmasına həsr olunub.