ATP - "Münaqişələrin transformasiyası" - 23 aprel 2022

23/04/2022

23 aprel 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Münaqişələrin transformasiyası" adlı növbəti təlim baş tutub. Spiker qismində müstəqil tədqiqatçı Namiq Abdullayevin çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlimdə iştirakçılara münaqişələr və onların formaları, münaqişələrin inkişaf tendensiyaları və həlli yolları barədə ətraflı məlumat verilib, Azərbaycanda, o cümlədən dünyada mövcud münaqişələrlə bağlı fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyasının qarşıdakı 2 ay müddətində davam etməsi planlaşdırılır.