ATP - "Adaptiv liderlik" - 16 iyul 2022

16/07/2022

16 iyul 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Adaptiv liderlik" adlı növbəti təlim baş tutub. Spiker qismində ictimai fəal Bəxtiyar Hacıyevin çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlimdə Bəxtiyar Hacıyev tərəfindən iştirakçılara adaptiv liderliyin mahiyyəti, bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verib, mövzu ilə bağlı fikir mübadiləsi və müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb. 

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. Bu il N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyası "Siyasi aktivizm" adlanır və gənclərin siyasi fəallığının yüksəldilməsinə, siyasi proseslərdə iştirakçılığının təmin olunmasına həsr olunub.